UEFA və “Adidas” şirkəti 2016/17 mövsümü Çempionlar Liqasının pley-off görüşləri və Kardiff şəhərində keçiriləcək final matçında oynanılacaq topu təqdim edib.
Teleqraf.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, topun dizaynında Uelsin milli gerbi və əjdaha başı əks olunub.
Qeyd edək ki, ÇL-in finalı iyunun 3-ü, Kardiffdəki “Millenium” stadionunda keçiriləcək.