9 İyul 2014 14:07
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tiraspol" erməni futbolçusunu Bakıya gətirməyəcək.

İnter"in Avropa Liqasındakı rəqibi Artyom Xaçaturovu siyahıdan çıxarıb.

İlkin siyahıda Ermənistan yığmasının üzvünün də adı olub. Lakin "Tiraspol" rəhbərliyi sonradan onu ölkəmizə gətirməmək qərarı verib.

Qeyd edək ki, Moldovada doğulan Artyom 2010-2013-cü illərdə "Şerif"də çıxış edib. 2013-cü ildə "Tiraspol"a keçən 22 yaşlı müdafiəçi, ötən mövsüm 19 oyunda 1 qol vurub. Xaçaturov Ermənistan yığmasında iki oyun keçirib.

/publika.az/


Müəllif: