18 Fevral 2017 13:54
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karate üzrə 14-15 yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvü Ayla Rzazadə (54 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Teleqraf.com xəbər verir ki, çempionatın birinci günündə medal əldə edən Ayla Rzazadə 2018-ci il Yeniyetmələrin Olimpiadasında iştirak etməyə real namizədlərdən biri olub.

Yarışda Tale (52 kq) və Tural Yaqubov (63 kq) qardaşları və Ceyhun İsmayılov (kata) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, son anda mükafatçılar sırasına düşə bilməyiblər. Bu nəticə ilə Azərbaycan yarışın ilk günü medal qazana bilən 25 ölkə arasında 18-25-ci yerləri bölüşür.

Avropa çempionatının növbəti iki yarış günündə 16-18 yaşlı gənclər və 21 yaşadək idmançılar mübarizəyə qatılacaqlar.

Qitə çempionatında 50 ölkədən 1147 karateçi iştirak edir.


Müəllif:

Oxşar xəbərlər