19 Fevral 2017 16:08
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mənim üçün çox uğurlu oldu".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dünya Kubokunun qalibi Anna Korobeynikova deyib.

Rusiyalı gimnast medal qazandığına görə çox sevindiyini bildirib: "Bu yarış ilin ilk startıdır və şadam ki, mənim üçün uğurlu oldu. Təşkilatçılığın da yüksək səviyyədə olduğunu qeyd etmək istərdim. Hər şey sadəcə möhtəşəm idi".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.


Müəllif:

Oxşar xəbərlər