22 Fevral 2017 19:53
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı və “Qəbələ” idman klubunu beynəlxalq arenada uğurla təmsil edən Pərviz Abdullayev növbəti nailiyyətini əldə edib.

Teleqraf.com xəbər verir ki, idmançımız bu dəfə uşu yarışlarında fərqlənib. O, Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Moscow wushu stars-2017” turnirində qüvvəsini sınayıb.

Beynəlxalq yarışda 4 döyüş keçirən P.Abdullayev bütün rəqiblərinə qalib gəlib. Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz bu qələbələr sayəsində Moskvadakı yarışın çempionu adını qazanıb.


Müəllif: