“Şəmkir”in yeni baş məşqçisi rəsmən açıqlanıb.
Teleqraf.com xəbər verir ki, klubu Badri Kvarasxeliya çalışdıracaq. Məşqçi ilə bağlanan müqavilənin şərtləri və müddəti haqqında hələki məlumat verilmir.
Badri 1997-1998-ci illərdə “Kəpəz”in, 1998-2005-ci illərdə isə “Şəmkir"in heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə Kvaratsxeliya 2008-2009-cu illərdə Bakı “Standart”ını, 2012-2013-cü illərdə isə “Qəbələ”ni çalışdırıb.
Qeyd edək ki, 16 turdan sonra birinci divizionda 3-cü pillədə qərarlaşmış komanda ötən tur Qəhrəman Əliyevi istefaya yollamışdı.