Millimizin futbolçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatında debüt edib.
Qış transfer pəncərəsi dövründə “Trabzonspor”dan “Jilina”ya keçən 20 yaşlı hücumçumuz bu gün autsayderlərdən olan “Zlate Moravtse”ylə görüşün iştrakçıları sırasənda yer alıb. Ehtiyatda oyunçular skamyasında yer ala Şeydayev 75-ci dəqiqədə meydana daxil olub.
Ramil ilk görüşündə qol vura bilməsə də, komandası 4:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, 19 turdan sonra "Jilina" 47 xalla turnir cədvəlinə başçılıq edir.
/Qol.az/