Topaz Premyer Liqasının 21-ci turunda "Qəbələ" ilə qarşılaşacaq "İnter"in heyətində itki var.
Klubdan Qol.az-a verilən məlumata görə, komandanın yarımmüdafiəçisi Fuad Bayramov cəzalı durumda olduğundan bu görüşü buraxacaq. O, son turda "Qarabağ"la keçirilən oyunda cəzalanaraq sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, "İnter" - "Qəbələ" oyunu martın 4-də keçiriləcək.