3 Mart 2017 16:49
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın hücumçusu Kriştiano Ronaldo sabah “Eybar”a qarşı keçiriləcək La Liqanın 26-cı turunun oyununu buraxa bilər.

Qol.az-ın AS nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun zədəsi var. O, komandanın bugünkü ümumi məşqində iştirak edə bilməyib. Portuqaliyalı fərdi qaydada, fizioterapevtin nəzərati altında yüngül hazırlıq keçib. Bu isə onun qarşıdakı matçı buraxmaq ehtimalını artırır.

Ronaldodan başqa, “Real”da Rafael Varan və Fabio Koentrau da fərdi qaydada məşq edib.


Müəllif:

Oxşar xəbərlər