4 Mart 2017 20:12
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Topaz Premyer Liqanın 21-ci turunda "Sumqayıt"la oyundan (4:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Teleqraf.com-un qol.az-a istinadən məlumatına görə, millimiz müdafiəçisi bu görüşlə yanaşı, Qətərlə yoxlama matçı barədə də danışıb.

- İlk öncə oyun haqqında fikirlərini bildirərdiniz...
- Yaxşı oyun keçdi. Üç xal qazandıq. Bu, bizim üçün önəmli idi. Yaxşı oyunla qalib gəldik.


- Sonadək meydanda olmadın. Bunun səbəbi hər hansı problemin olması idi, yoxsa baş məşqçinin fikri idi?
- Yox. Sadəcə, məşqçilər qorumaq məqsədi ilə məni əvəzlədilər. Bildiyiniz kimi, 5 gün sonra millimizin oyunudur. Sıx qrafik nəzərə alındı.

- Keçən oyunda azarkeşlərlə aranda problem olmuşdu. Problem nə idi?
- "Qarabağ"da hamı bir ailə kimidir. Komandada ilk gündən belə mehribançılıq olub. Aramızda belə münasibət olduğuna görə azarkeşlərə yaxınlaşdım. İlk öncə "İmarət" fan-klubu ilə dialoq oldu . Tunelə girəndə bir gənc oğlan sərt şəkildə tənqid edirdi. Ona etirazımı bildirdim ki, nə olub, belə tənqid etməyə ehtiyac yoxdur. Udarsan da, uduzarsan da. Oyundan sonra aramızda mehribançılıq oldu. Ailənin içində də hərdən söz-söhbətlər olur. Fikirləşdim ki, "İnter"lə həmin matçdan sonra daha da möhkəmləndik. Futbolçular və azarkeşlər arasında bağlarımız da qüvvətləndi.

- Komanda son zamanlar əvvəlki oyununu nümayiş etdirə bilmir. Bunun səbəbi nədir?
- Bu fikirlə razı deyiləm. Buna görə də fikir bildirmək istəmirəm.

- Qarşıdan millinin Qətərlə oyunu gəlir. Bu barədə nə deyə bilərsiniz?
- Yoldaşlıq görüşü olmasına baxmayaraq, bizim üçün vacib oyun olacaq. Çünki martın 26-sı Almaniyaya qarşı oynayacağıq. Milli artıq 4-5 aydır birlikdə oynamır. Bu səbəbdən yoxlama oyunu bizim üçün vacib olacaq. Nəticə bizim üçün o qədər də önəmli olmasa da, oyun vacib olacaq.


Müəllif:

Oxşar xəbərlər