6 Mart 2017 08:05
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün yaxşı oyun oldu. Amma nəticədən razı qalmadıq. Rəqib yaxşı müqavimət göstərdi”.

Bu sözləri milli komandamızın və “Jilina”nın hücumçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatının 20-ci turunda “Podbrezova”ya qarşı oyundan (2:2) sonra klubun saytına deyib.

“Bizi yalnız ən yaxşı nəticə qane edə bilərdi. İndi bb görüşü unudub qarşıdakı matçı düşünməli və ona köklənməliyik” – deyə R.Şeydayev bildirib.

Qeyd edək ki, “Podbrezova” ilə görüşdə 20 yaşlı hücumçumuz 90 dəqiqə meydanda olub.
/Qol.az/


Müəllif:

Oxşar xəbərlər