İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç haqda araşdırmalara başlayıb.
Teleqraf.com xəbər verir ki, buna onun İngiltərə Premyer Liqasının 27-ci turunda "Bornmut"la matçda rəqib komandanın futbolçusu Tayron Minqsi dirsəklə vurması səbəb olub. Bundan başqa, Minqsə isə həmin epizoddan daha əvvəl İbrahimoviç yıxılarkən başına zərbə vurduğu müəyyənləşib.
Qeyd edək ki, sözügedən epizod hakimin diqqətindən yayınıb.
Ingiltərə mediası yazır ki, etdikləri hərəkət səbəbindən İbrahimoviçə 3 oyunluq, Minqsə isə daha artıq cəza veriləcəyi gözlənilir.