10 İyul 2014 16:05

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ölkəsinin yığmasının "DÇ-2014"ün yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, ulduz futbolçu "tvitter" sosial şəbəkəsindəki səhifəsində almanların dayanmayacağını və dünyanı təəccübləndirməyə davam edəcəklərini yazıb:

"Braziliya almanlara böyük hesabla məğlub olduğu üçün çox məyusam. Həqiqətən acı məğlubiyyətdir. Lakin artıq Hollandiya ilə üçüncü yer uğrunda oyun üçün toparlanmalıyıq. Bu da çox çətin görüş olacaq. Almanlara gəlincə onlar dayanmayacaqlar. Dünyanı təəccübləndirməyə davam edəcəklər".


Müəllif:
Загрузка...