“Arsenal”ın və Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özil bu ölkənin “Bild” qəzetinə danışıb.
Komanda.az xəbər verir ki, Özil qəzetə açıqlamasında türk olmasıyla qürur duyduğunu deyib. O, Türkiyə və Almaniya milliləri arasında keçirilmiş oyun zamanı türkiyəli azarkeşlər tərəfindən fitə basılmasını xatırladıb:
“Etnik kimliyimlə qürur duyuram. Valideyinlərim Türkiyədən gəlib. Türk adətlərinə uyğun olaraq yetişdirilmişəm”.
Özil Türkiyə və Almaniya arasında münasibətlərin soyuması barədə suala belə cavab verib:
“Həm Almaniya baş naziri Angela Merkellə, həm də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşmüşəm, ancaq mən siyasətçi yox, idmançıyam. Buna görə, bu məsələyə qarışmaq istəmirəm. Almaniya və Türkiyə arasındakı əlaqələrin keçmişdə olduğu kimi, gələcəkdə də yaxşı olacağına inanıram”.