15 Mart 2017 23:28
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bayer”in türk futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərədə davam etdirə bilər.

Teleqraf.com xəbər verir ki, “Çelsi” yarımmüdafiəçinin xidmətində maraqlıdır. İtaliyalı baş məşqçi Antonio Kontenin xüsusilə istədiyi oyunçu üçün London klubu 38 milyon avro ödəməyə hazırdır. “Zadəganlar” bu keçidi mövsüm başa çatmamış reallaşdırmaq istəyir.

Qeyd edək ki, “Trabzonspor”la yaranmış anlaşılmazlığa görə FİFA tərəfindən 4 aylıq futboldan uzaqlaşdırılan Çalhanoğlunun meneceri mövsümün sonunda onun komandadan ayrılacağını demişdi. (apasport)


Müəllif:

Oxşar xəbərlər