16 Mart 2017 23:55
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

İstanbulda “Beşiktaş” “Olimpiakos”u qəbul edib. Bu komandalar arasında Pireydə baş tutmuş ilk oyun 1:1 hesablı bərabərliklə nəticələnmişdi. Bu hesab “qartallar”a üstünlük versə də, “Olimpiakos” bu cür çətin vəziyyətdən çıxmağı bir dəfə bacarmışdı. Belə ki, yunanlar elə Avropa Liqasının cari mövsümünün 1/16 final mərhələsində Türkiyənin digər təmsilçisi “Osmanlıspor”u məhz evdəki heç-heçədən (0:0) sonra səfərdə darmadağın edərək (3:0), “Beşiktaş”a rəqib olmuşdu.

Ancaq Şenol Günəşin yetirmələri "Osmanlıspor"un səhvini təkrarlamayıb. "Qartal" oyunun gedişində azlıqda qalsa belə, bu, qələbəyə mane olmayıb. 4:1 hesabıyla qalib gələn İstanbul klubu 1/4 finala vəsiqə qazanıb.

Günün maraqlı oyunlarından biri də Mançesterdə baş tutacaq. Joze Mourinyonun “Mançester Yunayted”i səfərdə müqavimətini qıra bilmədiyi (1:1) Rusiya “Rostov”unu diz çökdürməyə çalışacaq.

“Roma” isə evdə “Lion”dan səfərdəki 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaq.

16 mart

Avropa Liqası, 1/8 final, cavab oyunları

Beşiktaş (Türkiyə) - Olimpiakos (Yunanıstan) 4:1 (ilk oyun 1:1)

Qol: Abubakar, 10. Babel, 22; 75. Cenk Tosun, 84 - Elyunussi, 31.

Qırmızı vərəqə: Abubakar, 39.

Genk (Belçika) - Gent (Belçika) 1:1 (5:2)

Qol: Kastan, 20 - Verstraete, 84.

Krasnodar (Rusiya) - Selta (İspaniya) 0:2 (1:2)

Qol: Mallo, 52. Yaqo Aspas, 80.

Qırmızı vərəqə: Kabore, 86 (Krasnodar).

00:05 Ayaks (Hollandiya) - Kopenhagen (Danimarka) (1:2)
00:05 Anderlext (Belçika) - APOEL (Kipr) (1:0)
00:05 Roma (İtaliya) - Lion (Fransa) (2:4)
00:05 Borussiya M (Almaniya) - Şalke (Almaniya) (1:1)
00:05 Mançester Yunayted (İngiltərə) - Rostov (Rusiya) (1:1)

Komanda.az


Müəllif:

Oxşar xəbərlər