11 İyul 2014 09:09
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.

Teleqraf.com-un məlumatına görə, Premyer Liqamızın bürünc mükafatçısı "Qəbələ" səfərdə Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubu ilə qarşılaşıb.

İlk oyunda rəqibinə 0:2 hesabı ilə məğlub olan təmsilçimiz səfər oyununda məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin Darinel Muntyanunun komandası cavab matçında da uduzaraq turnidə mübarizəni dayandırıb - 0:3.

Qollar: Zakariç, 17 (1:0), Mariç, 29 (2:0), 57 (3:0).


Müəllif: