17 Mart 2017 22:18
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın futbolçusu Jerom Boatenq Çempionlar Liqasının 1/4 finalının püşkünü dəyərləndirib.

O, "Real"la matçın turnirin erkən finalı olacağını deyib: "Bu görüşü erkən final adlandırmaq olar. Növbəti mərhələyə yüksəlmək üçün hər iki matçda da qalib gəlməliyik. Fikrimcə, "Real" da bizimlə düşdüyü üçün sevinmir. Hər iki komanda böyük nüfuza malikdir. Şanslar bərabərdir".

Qeyd edək ki, bu komandalar arasında ilk görüş aprelin 12-i Münhendə keçiriləcək. Cavab qarşılaşması isə aprelin 18-i Madriddə oynanılacaq.
/Qol.az/


Müəllif:

Oxşar xəbərlər