19 Mart 2017 08:05
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.

Teleqraf.com-un məlumatına görə, bu gün turun daha 4 qarşılaşması keçirilib.

Mərkəzi oyunda “Trabzonspor” öz meydanında “Qalatasaray”ı qəbul edib. Matça üstün başlayan Qaradəniz təmsilçisi 49 dəqiqənin tamamında 2:0 hesabı ilə önə keçib.

İkinci yarının gedişində “Trabzonspor” azlıqda qalsa da, “Qalatasaray” nəinki məğlubiyyətdən qaçıb, heç hesab arasındakı fərqi də azalda bilməyib.

“Qarabağ”ın hücumçusu Reynaldonun formasını geydiyi “Adanaspor” məğlubiyyət seriyasına son qoyub.

Bu gün keçirilən digər 2 oyun isə məhsuldarlığı ilə yadda qalıb.

Türkiyə Superliqası

25-ci tur

18 mart

“Kasımpaşa” - “Osmanlıspor” 3:2
Qollar: Büyük, 1 (1:0), Vebo, 12 (1:1); 14 (1:2), Büyük, 32 (2:2); 65 (3:2)

“Kayserispor” - “Qaziantepspor” 3:4
Qollar: Bulut, 4 (1:0), Ghilas, 10 (1:1), Turuc, 27-pen (2:1), Parlak, 44 (2:2), Ghilas, 49 (2:3); 54 (2:4), Turuc, 66 (3:4)

“Adanaspor” - “Akhisar Genclik Spor” 2:1
Qollar: Queye, 4 (1:0), Yumlu, 33 (1:1), Dereli, 64 (2:1)

“Trabzonspor” - “Qalatasaray” 2:0
Qollar: Ndoye, 23, Yazıcı, 49

Qeyd edək ki, bugünkü məğlubiyyətdən sonra 46 xalda qalan “Qalatasaray” turnir cədvəlində üçüncüdür. Xallarının sayını 41-ə çatdıran “Trabzonspor” isə beşincidir.


Müəllif:

Oxşar xəbərlər