19 Mart 2017 18:03
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın futbolçusu Fabio Koentrao vətəni Portuqaliyada keçirilən məhkəmə prosesində sürücülük vəsiqəsi almaq üçün 4 min avro rüşvət verdiyini etiraf edib.

2012-ci ildə imtahanı keçirən şəxslərdən biri əl jestləri ilə düzgün cavablara işarə vurub. Futbolçu bildirib ki, vaxtı az olduğundan cavabların yalnız yarısını bilirmiş. Buna görə də sürücülük vəsiqəsi almaq üçün rüşvət verib.

Məhkəmə rüşvət verdiyi üçün futbolçunu təqsirli bilib və onu 3 min avro məbləğində cərimələyib. Bu pulu Koentrao xeyriyyə fondlarından birinə keçirməlidir. //Qol.az


Müəllif:

Oxşar xəbərlər