Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılıb.
Teleqraf.com bu barədə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına istinadən məlumat verir.
Bu münasibətlə martın 19-da Bakıda tədbir keçirilib. Tədbirdə “Bakı-2017”nin ulduz səfirləri Tünzalə Ağayeva və Hacı Nuran, idmançı səfirlər - ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev və taekvandoçu Fəridə Əzizova və paytaxtın qonaqları iştirak ediblər.
Qeyd edək ki, bu möhtəşəm tədbirdə bütün idman növləri üçün biletlərin qiyməti 2-5 AZN arasında dəyişəcək.
Xatırladaq ki, mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Oyunlara dünyanın 55 ölkəsindən atletlər qatılacaq.