21 Mart 2017 15:55
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya çempionu Azərbaycana gəlir. Bu, bizim ölkəmiz üçün bayramdır. Hamı bizim kimi bu oyunu səbirsizliklə gözləyir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri milli komandamızın üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə görüş haqda danışan yarımmüdafiəçi matçın çətin olacağını, ancaq narahatlığa əsas görmədiyini bildirib: “Əlbəttə, Almaniyaya qarşı oynamaq çətindir. Ancaq hər şey ola bilər. Biz İtaliya və Xorvatiya kimi millilərə qarşı yaxşı oyun sərgiləmişik. Ona görə də narahat olmalı deyilik”.

Almaniya-Azərbaycan oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər