21 Mart 2017 21:57
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizin DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə keçiriləcək oyunu üçün hakim təyinatları açıqlanıb.

Teleqraf.com-un FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı italiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Daniele Orsato olacaq. Ona Mauro Tonolini və Rikardi Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Quida yerinə yetirəcək.

Xatırladaq ki, martın 26-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq.


Müəllif:

Oxşar xəbərlər