11 İyul 2014 11:38
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo fələstinli uşaqları sevindirib.

"Real Madrid"in ulduzu tez-tez etdiyi yardımlarla gündəmə gəlir.

Fələstində baş verənlərə Kriştiano Ronaldo da səssiz qalmayıb. Futbolçu fələstinli uşaqlara Ramazan ayı münasibətilə 2 milyon dollar hədiyyə edib.

Daha əvvəl həm meydançada, həm də meydandan kənarda bu məsələyə həssaslıq göstərən futbolçu son addımı ilə bütün müsəlmanların rəğbətini qazanıb.

Qeyd edək ki, futbolçu bundan əvvəl də fələstinlilər və digər müharibədən əziyyət çəkən insanlar üçün belə yardımlar edib.

/ans press/


Müəllif: