Antuan Qrizmann bu yay "Atletiko"dan ayrıla bilər.
Bu barədə Madrid klubunun baş məşqçisi Dieqo Simeone məlumat verib: "Qrizmann yayda "Atletiko"nu tərk edə bilər. Onu burada qalmağa məcbur etməyəcəm. Getmək istəsə, gedəcək. Çünki mən hər zaman futbolçuların qərarlarına hörmət edirəm. Dieqo Kosta, Falkaoda da eyni addımı atmışam".
Qeyd edək ki, A.Qrizmannla "Mançester Yunayted"in maraqlandığı iddia edilir.
/Qol.az/