27 Mart 2017 00:34
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Almaniya yığmasına evdə 1:4 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib.
Türkiyə "Bursaspor"unun hücumçusu "Report"un da suallarını cavablandırıb:

- Sanki komanda yoldaşlarınla anlaşa bilmirdin...
- Xeyr, belə şey yoxdur.

- Azərbaycan millisinə böyük ümidlərlə cəlb edilsən də, ardıcıl ikinci oyuna start heyətdə başlamadın. Bu, sənin üçün problem olmadı?
- Xeyr, problem deyil. Baş məşqçi Robert Prosineçki necə qərar versə, ona hörmətlə yanaşacağam. Heyəti belə müəyyənləşdiribsə, bunun əleyhinə çıxa bilmərəm.

- Bir zamanlar Tomas Müllerlə Almaniya "Bavariya"sında birgə çıxış etmişdin. Onunla aranızda dialoqun oldu. Nədən söhbət etdiniz?
- Hələ dəyişən bir şey yoxdur. Müller köhnə komanda yoldaşımdır. Bir-birimizi yaxşı anlayırıq. Yenidən ünsiyyətdə olduğumuz üçün xoşbəxtik.

- Millinin qrupdan çıxma şanslarını necə dəyərləndirirsən?
- Pozitiv düşünürük. Hələ irəlidə çoxlu matçımız var. Qrupdan çıxacağımıza inanırıq.


Müəllif:

Oxşar xəbərlər