"Arsenal"ın futbolçusu Məsut Özil İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə matçda 90 dəqiqə oynaya biləcək.
Bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O, alman yarımmüdafiəçinin sözügedən matça tam hazır olduğunu bildirib.
Qeyd edək ki, M.Özil zədə səbəbindən klubunun 2 oyununu buraxıb. Almaniya millisinin yarımmüdafiəçisi DÇ-2018-in seçmə mərhələsində yığmamıza qarşı matçda 20 dəqiqə oynayıb.
/Qol.az/