11 İyul 2014 17:06
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Qalatasaray" klubu 10 futbolçusu heyətdən çıxarılıb.



Səbri Sarıoğlundan sonra 9 futbolçu daha klubun düşərgəsinə aparılmayacaq. Bu barədə İstanbul təmsilçinin yeni baş məşqçisi italyalı Çesara Prandelli qərar verib.

Prandelli bu qərarını verərəkən sabiq baş məşqçi Mançininin də tövsiyələrini nəzərə alıb. Futbolçulardan Səbri Sarıoğlu, Engin Baytar, Gökhan Zan, Endoğan Adil, Lukas Ontiveiro, Sercan Yıldırım, İgid Gökoğlan, Emmanuel Eboue, Dani və Kaan Baysalın adı klubun əsas heyətinin siyahısına düşməyib.

Qeyd edək ki, "Qalatasaray" klubu təlim məşq toplantısı üçün Avstriyaya yollanacaq. Klub Türkiyə çempionatı və Çempionlar Liqasına hazırlıq etapını orada keçirəcək.

/ans press/


Müəllif: