Topaz Premyer Liqanın 24-cü turunda bu gün “Qəbələ”nin qonağı olacaq “Zirə” oyuna ciddi itkilərlə çıxacaq.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanın 3 aparıcı futbolçusu bu vacib qarşılaşmanı buraxacaq.
Bunlar kapitan Elvin Məmmədov və nigeriyalı futbolçular - müdafiəçi Akim Latifu ilə yarımmüdafiəçi Viktor İqbekoyidir.
Elvinlə İqbekoyi ötən tur “Qarabağ”la oyunda cəzalanaraq sarı vərəqə limitini doldurub. Latifu isə Ağdam klubu ilə oyunda qırmızı vərəqə alıb.
Qeyd edək ki, “Qəbələ” – “Zirə” oyunu saat saat 18:30-da başlayacaq.