Topaz Premyer Liqasının XXIV turunun ikinci oyununda “İnter” komandası AZAL üzərində 2:1 hesablı qələbə qazanıb.
Teleqraf.com xəbər verir ki, “İnter Arena”da keçirilən görüşün ilk hissəsində hesab açılmayıb.
“İnter” komandası istəyinə ikinci hissənin əvvəlində - matçın 48-ci dəqiqəsində Denis Silvanın qolu ilə çatıb – 1:0. Qarşılaşmanın əsas vaxtına əlavə edilən hissədə daha iki qol qeydə alınıb. Əsas vaxta əlavə olunan hissənin 1-ci dəqiqəsində Rauf Əliyev hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin iki dəqiqə sonra AZAL-ın heyətində Nuqzar Kvirtiya vurulan qollardan birinin əvəzini çıxıb və matç “İnter”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
XXIV turdan sonra turnir cədvəlində üçüncü pillədə qərarlaşan “İnter”in aktivində 42 xal var. Hesabında 10 xal olan AZAL isə çempionatın sonuncu pilləsindədir.