Slovakiya Fortuna Liqasında XXIII turu davam edir.
Teleqraf.com xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” da növbəti matçına çıxıb.
“Yaşıl-sarılar” doğma meydanda “Presov”la qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil ehtiyat oyunçular skamyasında başladığı matçın 62-ci dəqiqəsində oyuna daxil olub və 79-cu dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Beləliklə, millimizin hücumçusu Slovakiya çempionatında ilk qolunu vurub.
Qeyd edək ki, 23 oyundan sonra aktivində 55 xal olan “Jilina” turnir cədvəlinin zirvəsində yer alıb.