11 İyul 2014 18:10

“Barselona” “Liverpul”la Luis Suaresin transferi ilə bağlı razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, uzun müddətdir davam edən danışıqlar müsbət nəticələnib. “Barselona” Suareslə 5 illik müqavilə bağlayıb. Futbolçunun gələn həftə Barselonaya gələcəyi gözlənilir.

“Liverpul”un saytından uruqvaylıya komandaya göstərdiyi xidmətə görə təşəkkür edilib. Futbolçuya “Liverpul”a yenidən Çempionlar Liqasına qayıtmağa və “Barsa”ya keçiddən klubun büdcəsinə xeyli vəsait daxil etdiyinə görə minnətdarlıq bildirilib.

Suares özü də keçidə münasibətini açıqlayıb:

“Liverpul” qalmağım üçün çox cəhd etdi. Ancaq İspaniyada oynamaq və yaşamaq mənim arzum idi”.


Müəllif:
Загрузка...