Türkiyə Superliqasında 26-cı tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, “Qalatasaray” öz meydanında “Adanaspor”u qəbul edib. Matç İstanbul klubunun böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün iştirakçıları arasında “Qarabağ”ın sabiq hücumçusu Reynaldo da olub. Braziliyalı forvard son 7 dəqiqədə “Qalatasaray”a qarşı mübarizə aparıb.
“Qalatasaray” - “Adanaspor” 4:0
Qollar: Podolski, 25, Rodrigez, 47, İnan, 56-pen, 59-pen
Qeyd edək ki, xallarının sayını 49-a çatdıran “Qalatasaray” yenidən “Fənərbaxça”nı geridə qoyaraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Adanaspor” isə 20 xalla son pillədədir.