11 İyul 2014 18:20
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo öz versiyasına əsasən, DÇ-2014-ün ulduzlarının adını çəkib, həmçinin Argentina millisinin hücumçusu Lionel Messi haqda fikirlərini bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Mourinyo deyib ki, Messinin son onilliyin tarixi futbolçusu olduğunu sübut etmək üçün dünya çempionluğunu udmasına gərək yoxdur: “Amma mənim üçün o, bütün dövrlərin ən yaxşı futbolçusu deyil”.

Portuqaliyalı mütəxəssisin fikrincə, DÇ-2014-ün ən yaxşı oyunçusu Aryen Robbendir: “Aryen ilk matçdan son oyuna qədər bütün matçları yüksək səviyyədə keçirən yeganə futbolçudur. Onun oyununda eniş yox, yalnız yüksəliş oldu”.

Mourinyo gənc futbolçulardan Fransa millisinin 21 yaşlı yarımmüdafiəçisi Pol Poqbanın adını qeyd edib:

“Komandası yarımfinala çıxa bilməsə də, o, turniri yaxşı səviyyədə keçirdi. Poqba sübut etdi ki, növbəti dünya çempionatının böyük oyunçusu olacaq”.


Müəllif: