7 Aprel 2017 18:45
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarında yarışacaq idmançılara təqdim olunacaq medallar Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) tərəfindən nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, xüsusi olaraq hazırlanmış medal dəsti Bakı 2017 oyunlarının püşkatma mərasimindən sonra baş tutan tədbirdə gənclər və idman naziri və AİHOƏK-nin baş icraçı direktoru Azad Rəhimov tərəfindən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səudə təqdim edilib.

Azərbaycan xalça naxışlarında rast gəlinən və İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanan loqo qızıl, gümüş və bürünc medalların mərkəzində yer alıb.


Ölkənin zəngin tarixini özündə xarakterizə edən bu elementlər Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini - sülh, birlik, hörmət və mükəmməlliyi özündə cəmləşdirib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.

Diametri 80 mm, qalınlığı 9 mm olan medallar “Azərsuvenir” tərəfindən AİHOƏK-in dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Dörd qitənin islam ölkələrindən olan idmançılar, 10 gün davam edəcək yarışlarında 20 idman növü üzrə mübarizə aparacaqlar. Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış və Bağlanış Mərasimləri də daxil olmaqla Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına təxminən 500,000 tamaşaçının gəlməsi gözlənilir.
Medalların dizaynının açıqlanması haqqında danışan Təşkilat Komitəsi oyunlara az bir müddət qaldığı zamanda medalların təqdimatını önəmli addım adlandırıb: “Bu medallar İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləri olan sülh, hörmət, mükəmməllik və birlik mesajlarını dünyaya çatdıracaq və qalib idmançılara təqdim ediləcək”.

“İdman yarışları hər kəsi bir araya gətirərək, sülh, hörmət və birlik ruhunu dünyaya nümayiş etdirəcək.” - deyə, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səud qeyd edib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər