8 Aprel 2017 15:40
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada cüdo üzrə Qran-Pri yarışına start verilib. Azərbaycan milli komandasının da iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Qadın təmsilçilərimizdən 52 kiloqram çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qardaş ölkədə bürünc medal qazanıb. Aişə Qurbanlı (48 kq) isə beşinci olub.

Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.

Qran-Pri turnirinə aprelin 9-da yekun vurulacaq.


Müəllif:

Oxşar xəbərlər