"Real"ın futbolçusu Pepe 1 ay müddətinə sıradan çıxıb.
Teleqraf.com-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb portuqaliyalı müdafiəçinin La Liqanın 31-ci turunda iki qabırğasının sınmasıdır.
Bu isə o deməkdir ki, Pepe La Liqada "Barselona" ilə oyunu və Çempionlar Liqasında "Bavariya" ilə görüşləri buraxacaq.
Qeyd edək ki, "Real" - "Atletiko" matçı 1:1 hesabı ilə başa çatıb.