Almaniya milli futbol yığmasının türk əsilli oyunçusu Məsud Özil sözügedən ölkədə gənclikdə başına gələn haqsızlıqlardan danışıb.
Axar.az xəbər verir ki, “Deyli Meyl” nəşrinə müsahibə verən futbolçu o dönəmlərdə Almaniyada milliyyətçiliyin geniş vüsət aldığını bildirib.
“Seçim yarışmalarında yaşıl meydanların ən yaxşısı idim. 100 faiz seçiləcəyimi düşünürdüm. Lakin bir anda klubdan: Sənin yerinə başqasını tərcih etdik. Daha bir həftə gözləməlisən. 3-4 dəfə belə vəziyyətlə qarşılaşdım. Daha sonra ayrıseçkiliyə məruz qaldığımı hiss elədim. Atam: Məsud sənin seçilməməyin bacarıqsızlığınla əlaqəli deyil. Bu, türk əsilli və adının Məsud olmağı ilə əlaqəlidir, - dedi. İndi necədir bilmirəm. Amma həmin zamanlarda Almaniyada qeyri-almanlara qarşı sərt münasibət var idi”, - Özil bildirib.