Bu gün futzal üzrə Azərbaycan milli komandası AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirib. Teleqraf.com-un məlumatına görə, yığmamız Albaniya ilə qarşılaşıb.
B qrupundakı ilk matçında Bosniya və Herseqovina millisinə 5:4 hesabı ilə qalib gələn millimiz bu matçı da qalibiyyətlə başa vurub. Biro Jadenin yetirmələri 5:0 hesablı darmadağına seviniblər. Bu nəticə ilə birinci pilləyə yüksələn komandamıza liderlik üçün sonuncu - Macarıstanla oyunda heç-heçə də bəs edəcək.
Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Macarıstanla heç-heçə oynayıb.
AÇ-2018-in seçmə mərhələsi
B qrupu
II tur
Bosniya və Herseqovina – Macarıstan - 2:2
Azərbaycan – Albaniya - 5:0
Qollar: Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya)
Bakı idman sarayı