"Bavariya"nın futbolçusu Robert Levandovski komandasının sonuncu məşqini buraxıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb onun Dortmund "Borussiya"sı ilə oyunda çiynindən zədələnməsidir. Zədəyə görə o, trenajor zalında məşqlə kifayətlənib.
Onun Çempionlar Liqasının 1/4 finalında "Real"a qarşı oynayıb-oynamayacağı dəqiqləşməyib.
Qeyd edək ki, "Bavariya" - "Real" matçı aprelin 12-i keçiriləcək.