“Barselona”nın hücumçusu Neymar cəzalandırılıb.
Teleqraf.com-un xəbərinə görə, “Malaqa” ilə matçdakı hərəkətləri braziliyalı futobolçunun 3 oyunluq cəzalandırılması ilə nəticələnib.
Bu səbəbdən o, aprelin 23-də “Real”la keçiriləcək oyunu buraxmalı olacaq.
Qeyd edək ki, La Liqanın son turunda “Malaqa” ilə oyunun 65-ci dəqiqəsində rəqib futbolçusu Dieqo Lyorenteyə qarşı kobud oyuna görə qırmız vərəqə alan Neymar meydanı tərk edərkən əsəblərini cilovlaya bilməyib və ehtiyat hakimi alqışlamağa başlayıb. Məhz bu hərəkətinə görə İspaniya Futbol Federasiyası ona bu cəzanı verib.