12 İyul 2014 13:17
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA-nın hakimlər komitəsinin sədri Massimo Buzakka ədalət təmsilçilərinin mundialdakı idarəçiliyi ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.


Teleqraf.com
xəbər verir ki, hakimlər indiyə qədər keçirilən 62 qarşılaşmada 1856 qərar qəbul ediblər. Bu qərarlardan 200-ü səhv olub:


“Futbol inkişaf edir. Təbii ki, eyni zamanda hakimlik də yerində saymır. Hakimlər də çalışır və inkişaf edirlər. Ancaq unutmayaq ki, futbolçular kimi biz də səhv edə bilərik.


Komitə dünya çempionatında hakimlərin işindən razı qalıb. Əsas odur ki, hakimlər özlərinə qarşı hörmətin olduğunu hiss edirlər. Çempionatdan əvvəl biz komandalarla görüş keçirdik. Göründüyü kimi, o görüşlərin təsiri olub”.


Qeyd edək ki, dünya çempionatı cəmisi 2 oyundan – 3-cü yer və final qarşılaşmalarından sonra yekunlaşacaq.


Müəllif: