12 İyul 2014 13:48
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ 2014-ün fınalını - Almaniya-Argentina oyununu idarə edəcək hakim bəlli oldu.

Teleqraf.com xəbər verir ki, final görüşünü italiyalı referi Nikola Rizzoli idarə edəcək.

Bu, N.Rizzolinin mundialda idarə edəcəyi dördüncü matç olacaq. Bundan öncə o, İspaniya-Hollandiya, Nigeriya-Argentina və Belçika-Argentina oyunlarını idarə edib.

N.Rizzoli mundiallarda final oyununu idarə edən üçüncü italyan hakim olacaq.

Qeyd edək ki, 1978-ci il dünya çempionatının final oyununu Serxio Qonela, 2002-ci ildə isə məhşur Preyluici Kollina idarə edib.


Müəllif: