12 Aprel 2017 21:40
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın 12 yaşlılardan ibarət komandası bu gün Türkiyəyə gedib.

Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda "Altınordu" klubu tərəfindən hər il keçirilən "U-12 İzmir Cup" turnirində iştirak edəcək.

"Qarabağ"ın artıq qrupdakı rəqibləri məlumdur. Bunlar"Trabzonspor", "Gümüşordu", "Denizli Çamlık", "Çorlu Fənər" və H6 klublarıdır.

Bu turnirdə 12 ölkənin 48 komandası təmsil olunacaq. İspaniyanın "Atletiko" (Madrid), "Atletik" (Bilbao), Rusiyanın "Krasnodar", Yunanıstanın "Panatinaikos", Almaniyanın "Ayntraxt", "Berlin", İtaliyanın "Torino, Türkiyənin "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor", "Altınordu" kimi klublarə iştirak edir.

Qeyd edək ki, qrupun ilk oyunları sabah keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər