“Arsenal”ın futbolçusu Məsut Özil komandadakı gələcəyi və baş məşqçisi Arsen Venger haqqında fikirlərini açıqlayıb.
Qol.az-ın məlumatına görə, bu barədə “Sky Sports”a danışan 28 yaşlı yarımmüdafiəçi hazırkı vəziyyətdə başqa kluba keçmək barədə düşünmədiyini deyib:
“Bu dəqiqə gələcək karyeram yox, “Arsenal” önəmlidir. Komandamız çətin günlərini yaşayır. İndiki vəziyyətdə gələcəyimlə bağlı danışmaq doğru olmaz”.
O, son zamanlar uğursuz nəticələrinin əsas səbəbi kimi tənqidlərə tuş gələn komandanın baş məşqçi Arsen Venger barədə də fikirlərini bildirib: “Hər zaman demişəm ki, Venger mənim burada olmağımın əsas səbəbkarlarından biridir. 20 ildir komandanı çalışdırır və bir çox uğur qazanıb. Hər kəs ona hörmət etməlidir”
Qeyd edək ki, 2013-cü ildən “Arsenal”ın şərəfini qoruyan Özil komandası ilə 2018-ci ilin yayına qədər müqaviləsi var.