13 İyul 2014 12:42
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin yarımmüdafiəçisi Anxel di Mariya DÇ-2014-ün bu gün keçiriləcək final oyununda iştirak edə bilər.

26 yaşlı futboçu komandanın son məşqində ümumi qrupda məşq edib. İkitərəfli qısa oyunda isə o, əsas heyətdə yer alıb.

Argentinalı jurnalistlərin fikrincə, bu, di Mariyanın Almaniya ilə matçda ilk dəqiqədən meydanda olacağı anlamına gəlir.

Xatırladaq ki, Anxel di Mariya DÇ-2014-ün Belçika ilə matçda zədələnib. Bu səbəbdən o, yarımfinalda Hollandiya ilə görüşdə oynaya bilməyib./qol.az/


Müəllif: