13 İyul 2014 18:35
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yarımfinalda məğlub olduqdan sonra komandanı üçüncü yer uğrunda oyuna hazırlamaq çox çətin olur. Ancaq yolumuzu davam etdirməli idik. Obrazlı desək, getdiyimiz tunelin sonuna qədər işığımızı yandırdıq. Güclü rəqibimiz olmağına və hakimin müəyyən səhv qərarlarına baxmayaraq biz əla oynadıq.”

Qol.Az-ın məlumatına görə, bu sözləri Hollandiya millisinin baş məşqçisi Lui Van Qal Braziliyaya qalib gələrək (3:0) DÇ-2014-ün bürünc medalını qazandıqları oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının DÇ-2014-dəki çıxışlarını dəyərləndirib. O, mundialda şərəfli yol keçidklərini və futbolçuları ilə fəxr etdiyini bildirib: “Bu turnirdə 7 oyuna 15 qol vurduq. Mundial bizim üçün çox əla keçdi. Futbolçularımla fəxr edirəm. Van Qalın rəhbərlik etdiyi komandada oynamaq asan deyil. Ancaq futbolçularım onlara verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər. Komandada olan 23 futbolçunun hamısı qəlbimdə əbədi qalacaq”./qol.az/


Müəllif: