13 İyul 2014 22:25
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi”nin baş məşqçisi Joze Mourinyonun fikrincə, DÇ-2014-ün ən yaxşı məşqçisi Hollandiya millisinin çalışdırıcısı Lui van Qaldır.

Portuqaliyalı mütəxəssis Halilhodjiç, Errera, Sampaoli, Pinto, Klinsmann və Pekermanın bu çempionatda yaxşı işləri ilə yadda qaldığını deyib.

“Amma əgər bir nəfərin adını çəkmək lazımdırsa, o zaman komandası ilə fantastik işlərə imza atan Lui van Qalı qeyd edə bilərəm”.

Xatırladaq ki, Lui van Qalın rəhbərliyi ilə Hollandiya millisi DÇ-2014-də üçüncü yeri tutub./qol.az/


Müəllif: