21 Aprel 2017 08:51
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran çempionatında 28-ci tura yekun vuruldu

İran çempionatında 28-ci tura yekun vurulub.

Teleqraf.com-un məlumatına görə, Təbrizin “Traktorsazi” klubu doğma meydanda "İstiqlal"la qarşılaşıb. Derbi Cənubi Azərbaycan klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 87-ci dəqiqədə Məhəmməd İbrahimi vurub.

Bu qələbə ilə xalını 53-ə çatdıran "Traktorsazi" 3-cü yerdən 2-ci pilləyə yüksəlib. İstiqlal" isə 51 xalla 3-cüdür.


Müəllif: