Teleqraf.com Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, konfransda Federasiyanın hesablama komissiyasının məlumatları təqdim olunub.
Daha sonra AAF-in prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Azərbaycan Atletika Federasiyası IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır. Federasiya “Bakı-2017”də 30 idmançı ilə təmsil olunacaq.
Atletikanın inkişafı istiqamətində Federasiya tərəfindən həyata keçirilən tədbirlərdən danışan AFF prezidenti deyib: “Qurumun uğuru Avropa Atletika Federasiyası ilə sıx əlaqədardır. Federasiyanın böyük uğurlarından biri Nazim Babayevin yeniyetmələr arasında qazandığı medaldır. Azərbaycan Atletika Federasiyası artıq 7 ildir “Good Standing Federations” siyahısında öz yerini tutub”.
Sonra federasiyaya prezident seçkiləri keçirilib. Çingiz Hüseynzadə yenidən AAF-in prezidenti seçilib. Firat Hüseynov vitse-prezident, Məhərrəm Sultanzadə baş katıb, Kamal Əhmədov isə icraçı direktor seçiliblər.